Ana Sayfa > Siyasət > MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib
MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib4-11-2019, 11:11. Yazar: sevinc1 |
Bu gün Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı bələdiyyə seçkilərində müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib. Trend-in məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə yönələn tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak edib. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun seminarda çıxış edərək bildirib ki, MSK özümün təklif etdiyi tədbirlər planına uyğun olaraq bir sıra layihələri gerçəkləşdirib: "Bu da bizim növbəti layihədir. Belə ki, bu layihə bir müddətdir davam edir. Bu layihə çərçivəsində Gəncədə, Şəkidə, Masallıda tədbirlər keçirilib. Bakıdakı tədbir yekundur, layihənin son tədbiridir. Tədbirlərdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dairə-seçki komissiyalarında fəaliyyət göstərən ekspert qruplarının üzvləri üçün ətraflı şəkildə təqdimatlar olunur və onların bu sahədə bilik və bacarıqlarının artırılmasına hədəflənmiş layihə maraqlı oldu". MSK sədrinin müavini qeyd edib ki, seçki prosesində ən mühüm məsələlərdən biri vətəndaşların müraciətlər və şikayətlərinə baxılmasıdır: “Bununla bağlı əvvəllər bu səpkili layihələr həyata keçirmişik. Belə ki, bu səpkidə layihələrin başlanğıcı olaraq 2008-ci ili göstərə bilərik. Biz həmən vaxt bu layihəni Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq fondla bu layihənin əsasını qoymuşuq. Sonrakı mərhələdə layihəni həyata keçirəcək mütəxəssislər hazırlanıb. Bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyası özü bu layihəni həyata keçirir. Bakıda hazırda bizim 130 nəfərə yaxın dairə-seçki komissiyalarında fəaliyyət göstərən ekspertlər burada toplanıb”. Daha sonra gündəliyə uyğun olaraq, seminarın praktiki hissəsində mövzular ətrafında müzakirələr aparılıb, kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilirək əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan maarifləndirmə tədbiri 48 seçki dairəsinin dairə seçki komissiyaları üzrə 130 ekspert qrupu üzvünün qanunvericiliyin tələbləri ilə yaxından tanış olmalarına və seçkilərə dair müraciətlərə baxılması ilə bağlı hərtərəfli məlumat əldə etmələrinə imkan yaradıb. Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində də keçirilib. aia.az Geri dön |