Ana Sayfa > Karusel / Gündəm > Samir Nuriyev:

Samir Nuriyev:


1-11-2019, 16:31. Yazar: sevinc1
Samir Nuriyev:


"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S.Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirib: "Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

aia.az
Geri dön