Ana Sayfa > Karusel / Gündəm > Yeni televiziya və radio açmaq istəyənlər varmı? -

Yeni televiziya və radio açmaq istəyənlər varmı? -


1-11-2019, 10:12. Yazar: sevinc1
Yeni televiziya və radio açmaq istəyənlər varmı? -


“Son 6 ayda yeni televiziya, radio kanalın açılması üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) heç bir müraciət daxil olmayıb”.

Bu barədə Şuradan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, son müraciətlər Şuranın ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqədə qeydə alınıb:

“Sözügedən müsabiqə Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək keçirilib. Müsabiqə zamanı 3 şirkətdən - “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV Media Azərbaycan” MMC və “RTV” MMC müraciət daxil olub.

Məlum olduğu kimi, Şuranın 23 aprel 2019-cu il iclasının qərarı ilə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC (REAL TV) bu müsabiqədə qalib elan olunub”.

aia.az
Geri dön