Ana Sayfa > Karusel / Təhsil > Qudası deputat, oğlu Milli Məclisdə... -

Qudası deputat, oğlu Milli Məclisdə... -


31-10-2019, 18:38. Yazar: sevinc1
Qudası deputat, oğlu Milli Məclisdə... -


20 Yanvar qətliamının təşkilatçılarından olan Yevgeni Primakovun Bakıda sərgisinin və ona həsr olunmuş esse müsabiqəsinin keçirilməsi ilə ictimai qınağa tuş gələn Bakı Slavyan Universitenin (BSU) rektoru Nurlana Əliyeva millət vəkili Hadı Rəcəbli ilə qudadır.

aia.az Yenisabah.az-a istinadla xəbər verir ki, millət vəkilinin qızı rektorun oğlunun həyat yoldaşıdır.

Nurlana Əliyevanın oğlunun parlamentdə məsul vəzifə tutduğu bildirilir.

Nurlana Əliyeva bundan əvvəl də BSU-nun giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanı sökdürməklə gündəmə gəlmişdi.

Nurlana Əliyeva 2016-cı ildə BSU-nun rektoru təyin edilib. O, yaşlı məmurlar kateqoriyasına daxildir. Rektorun 73 yaşı var.

aia.az
Geri dön