Ana Sayfa > Cəmiyyət > Bakıdakı avtobus qəzasında 7 nəfər yaralanıb -

Bakıdakı avtobus qəzasında 7 nəfər yaralanıb -


31-10-2019, 16:55. Yazar: sevinc1
Bakıdakı avtobus qəzasında 7 nəfər yaralanıb -


Bakı Nəqliyyat Agentliyi avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan aia.az -a verilən məlumata görə, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99 RS 657 dövlət nömrə nişanlı avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.


aia.az
Geri dön