Ana Sayfa > Karusel / Gündəm > "Milli Şura"nın sədri 2 noyabr mitinqini təxirə salmaqla bağlı çağırış etdi
"Milli Şura"nın sədri 2 noyabr mitinqini təxirə salmaqla bağlı çağırış etdi31-10-2019, 17:39. Yazar: sevinc1 |
![]() "Milli Şura"nın sədri Cəmil Həsənli müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib. Trend-in məlumatına görə, bu barədə Cəmil Həsənli öz "facebook" səhifəsində paylaşıb. Paylaşımda deyilir: "Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək". Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib. aia.az Geri dön |