Ana Sayfa > Karusel / Səhiyyə > Oqtay Gülalıyev əməliyyata götürülüb

Oqtay Gülalıyev əməliyyata götürülüb


30-10-2019, 13:30. Yazar: sevinc1
Oqtay Gülalıyev əməliyyata götürülüb


Oqtay Gülalıyev əməliyyata götürülüb.

Trend-in məlumatına görə, "City Hospital"dan Səhiyyə Nazirliyə verilən məlumata əsasən, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, öncə ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

X X X

saat 12:02

Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

aia.az
Geri dön