Ana Sayfa > Karusel / Parlament > DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb
DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb29-10-2019, 12:28. Yazar: sevinc1 |
![]() Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır. aia.az Geri dön |