Ana Sayfa > Siyasət > Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?

Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?


28-10-2019, 17:06. Yazar: sevinc1
Azərbaycanda bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?


Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bildirilib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 7 siyasi partiya müraciət edib.

Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyasıdır. MSK-nın iclasında həmin partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

aia.az
Geri dön