Ana Sayfa > Karusel / Gündəm > MDB ölkələrinin Müdafiə nazirləri Bakıya gəlir
MDB ölkələrinin Müdafiə nazirləri Bakıya gəlir28-10-2019, 12:12. Yazar: sevinc1 |
![]() Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Müdafiə Nazirliyindən aia.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq. aia.az Geri dön |