Ana Sayfa > Dünya / Aia TV / Karusel > "Şantaj etdiyi adamlardan rüşvət gələn kimi..." -Aygün Kazımova
"Şantaj etdiyi adamlardan rüşvət gələn kimi..." -Aygün Kazımova4-02-2016, 18:22. Yazar: admin |
İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın başına açdığı oyunları ört-başdır etmək üçün diqqəti bu məsələdən yayındırmağa cəhd edir. Aia.az xəbər verir ki, bu barədə Aygün Kazımova media nümayəndələrinə ünvanlandığı açıq məktubda yazıb. O, qələm əhlini bu mövzuda həssas olmağa və məsələni Quliyevanın istəyi ilə şouya çevirməməyə çağırıb. Məktubda deyilir: "İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylər qızının son açıqlaması məni elə sarsıtdı ki, bir neçə saat özümə gələ bilmədim. Onun açıqlamalarında həqiqət gördüm. Bir şəhid bacısının, bir qadının, alçaldılmış, təhqir edilmiş, əzilmiş, döyülmüş, işgəncələrə məruz qalmış, çarəsiz bir ananın qorxu dolu fəryadına dözə bilmədim. Onu şəxsən tanımasam da, İlhamə Quliyevanı çoxları kimi yaxşı tanıyıram. Gəlin mətləbdən uzaqlaşmayaq. Rəy bildirən hər kəsin fikrinə sayğı ilə yanaşıram. Amma üçüncü insandan açıqlama alanda Aygün Kazımova və İlhamə Quliyeva qalmaqalı haqda yox, o yazıq hala salınmış, çarəsiz qalmış köməkçinin son açıqlaması haqda suallar ünvanlayın. Demək istəyirəm ki, bu faciədən şou düzəltməyək. Bir ananın həyatı çox acınacaqlı vəziyyətdədir. İlhamə Quliyeva bu haqda danışanları, fikir bildirənləri, yazanları təhqir etməklə, məhkəmə və həbsxana ilə hədələməklə diqqəti əsas mövzudan yayındırmaq istəyir. Onun məqsədi köməkçisinin son məktubundakı ittihamları ört-basdır etməkdir. Gəlin buna yol verməyək. Üzünüzü hüquq-mühafizə orqanlarına tutun, mikrofon və diktofonlarınızı onlara uzadın. Əziz jurnalistlər, haqq-ədalət, insanlıq yolunda bu məsələ ətrafında birgə olmağınızı rica edirəm". Xatırladaq ki, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova İlhamə Quliyeva ilə bağlı ciddi faktlar açıqlayıb: "İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqda təqsirləndirir. Bu, əslində, belə deyil. Məni yanında işləməyə özü dəvət etdi, dedi ki, heç kəsi yanıma buraxmıram, hamını qovmuşam yanımdan. Səni soruşub öyrənmişəm, gəl, mənimlə işlə. Məni yalan vədlərlə işə götürən İ.Quliyeva heç bir ay keçmədi ki, məni hədələdi, yanından elə-belə gedə bilməyəcəyimi dedi. Məcburən onun yanında qul kimi işləməli oldum. O, əmək müqaviləsi bağlamadan məni istismar etməyə başladı. Xoşuna gəlməyən hər kəsi şantaj edir, bahalı zinət əşyaları və ya pul almadan heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Televiziyalara və saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özüm də. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa, "4 nömrə ilə prezidentimə zəng edəcəyəm" deməklə hədələyirdi. Bir neçə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi". Geri dön |