Ana Sayfa > Dünya > Dünyanın ən varlı adamı bir gündə 7 milyard itirdi

Dünyanın ən varlı adamı bir gündə 7 milyard itirdi


25-10-2019, 12:22. Yazar: sevinc1
Dünyanın ən varlı adamı bir gündə 7 milyard itirdi


“Amazon” şirkətinin üçüncü rübünün nəticələrindən məyus olan investorlar şirkətin səhmlərinin dəyərini aşağı salıblar. Dünyanın ən varlı adamı, şirkətin icraçı direktoru Ceff Bezos gün ərzində “yüksək gözləntilərdən” təxminən 7 milyard dollar itirib.

“Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkətin səhm qiymətlərində azalma 6,6% təşkil edib. Mütəxəssislərin fikrincə, “Amazon”un 57,6 milyon dəyərindəki səhminin sahibi Bezos üçün belə bir azalma 6,9 milyard zərər deməkdir.

Bezosun xəyal qırıqlığı davam edərsə, o, dünyanın ən varlı adamları siyahısındakı ilk yerini Bill Qeytsə verməli olacaq.

Xatırladaq ki, “Amazon”un baş direktorunun sərvəti 111 milyard, “Microsof”un qurucusununku isə 107 milyard dollar qiymətləndirilir.

aia.az
Geri dön