Ana Sayfa > Karusel / Səhiyyə > Gəncədə qadın ölümcül döyüldü -

Gəncədə qadın ölümcül döyüldü -


25-10-2019, 12:17. Yazar: sevinc1
Gəncədə qadın ölümcül döyüldü -



Dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

aia.az Trend-ə istinadən bildirir ki, xəstəxanasına gətirilən qadının kimliyi bilinib. O, Şəmkir rayon Ağlavaşlı kənd sakini 1996-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızıdır. O, ötən gecə saat 23 radələrində Şəmkir rayonundan Gəncə şəhər 3 nömrəli xəsətxanaya çatıdılıb. Ona bədənin müxtəlif nahiyyəsinin xəsarətləri, başın əziyi və sinənin travması diaqnozu qoyulub.

Qadın hazırda travmatologiya şöbəsində müalicə alır. İlkin ehtimallara görə, G. Bürcəliyeva əri tərəfindən döyülüb.


aia.az
Geri dön