Ana Sayfa > Siyasət > Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib


25-10-2019, 10:50. Yazar: sevinc1
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Trend-in məlumatına görə, Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.


aia.az
Geri dön