Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda faciə: Ər-arvad dəm qazından zəhərləndi
Bakıda faciə: Ər-arvad dəm qazından zəhərləndi4-02-2016, 11:07. Yazar: admin |
Faktla bağlı araşdırma aparılır. Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub. Aia.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. Geri dön |