Ana Sayfa > Karusel / Səhiyyə > Oqtay Şirəliyev vəzifədən gedir?...

Oqtay Şirəliyev vəzifədən gedir?...


18-10-2019, 14:15. Yazar: sevinc1
Oqtay Şirəliyev  vəzifədən gedir?...



Bəzi xəbər saytlarında səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad olunacağı ilə bağlı informasiyalar dərc olunub. İddia olunur ki, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb.

Yayılan xəbərlərdə Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağını boşaltdığı və şəxsi əşyalarını daşıdığı qeyd olunur.


Modern.az-ın əməkdaşı xəbərlə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, nazirin istefası və ya vəzifəsindən azad edilməsi barədə hər hansı informasiya yoxdur:


“Hər hansı bir nazir vəzifəsindən azad olunanda, bu barədə Prezidentin rəsmi saytında sərəncam dərc olunur”.

aia.az
Geri dön