Ana Sayfa > Ölkə > Ağstafada itkin düşən ruhi xəstə qadın 1 ay sonra Bakıda tapıldı

Ağstafada itkin düşən ruhi xəstə qadın 1 ay sonra Bakıda tapıldı


17-10-2019, 20:37. Yazar: sevinc1
Ağstafada itkin düşən ruhi xəstə qadın 1 ay sonra Bakıda tapıldı


Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.

Qadın hazırda ev şəraitində müalicə olunur.

aia.az
Geri dön