Ana Sayfa > Siyasət > Rusiya XİN-dən Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri haqqında

Rusiya XİN-dən Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri haqqında


17-10-2019, 18:13. Yazar: sevinc1
Rusiya XİN-dən Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri haqqında


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Dağlıq Qarabağ münaqişəsi, onun nizamlanması yolları üzrə mövqeyi yaxşı məlumdur və dəyişməz olaraq qalır.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edərkən deyib.

M.Zaxarova qeyd edib ki, Rusiya XİN-in saytında aşağıdakı məzmunda aktual xəbərdarlıq yerləşdirilib: “Azərbaycan hakimiyyətinin xüsusi icazəsi olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və yeddi ətraf inzibati rayonun ərazisinə səfər edən vətəndaşlara Azərbaycan tərəfi gələcəkdə ölkəyə girişinə qadağa qoyur”.

M.Zaxarova bildirib ki, bu sitat aktual informasiya, aktual xəbərdarlıqdır: “Bu hər kəsə aiddir və bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirir”.


aia.az
Geri dön