Ana Sayfa > Gündəm > Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü
Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü17-10-2019, 18:30. Yazar: sevinc1 |
![]() Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu barədə Trend-ə özəl olaraq Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, o və müvəkkili bu gün keçirilən məhkəmə prosesinə getməsə də, məhkəməyə rəsmi müraciət göndərib: "Müraciət etmişdik ki, prosesə qatıla bilmirik və xahiş etmişdik ki, prosesə bizim iştirakımız olmadan baxılsın və iddia təmin olunsun. Deyəsən qarşı tərəf də prosesə gəlmədiyi üçün məhkəmə prosesi oktyabrın 24-nə keçirilib". Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib. aia.az Geri dön |