Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib


17-10-2019, 11:40. Yazar: sevinc1
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.


aia.az
Geri dön