Ana Sayfa > Gündəm / Seçilənlər-4 / Karusel > “Nazir Lənkəran sakinləri ilə görüşdü

“Nazir Lənkəran sakinləri ilə görüşdü


3-02-2016, 16:47. Yazar: admin

Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbuldan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və nazir Ramin Quluzadə Heydər Əliyev Xatirə parkında H. Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Qəbul zamanı 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar nazirə əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Müraciətlərdə qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Geri dön