Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Bakı görüşü barədə:

Ərdoğan Bakı görüşü barədə:


16-10-2019, 14:09. Yazar: sevinc1
Ərdoğan Bakı görüşü barədə:


Bu günə qədər “bir millət, iki dövlət” demişik, bundan sonra isə “beş dövlət, bir millət” deyəcəyik.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Zirvə Görüşü barədə danışarkən deyib.
Ərdoğan bildirib ki, gələcəkdə Türkmənistanın da Şuraya qatılması ilə “altı dövlət, bir millət” kimi bölgədə daha çox güclənərək hərəkət edəcəyik.

“Bakıda dövlət başçısları ilə ortaq gündəmin aktual məsələlərini müzakirə etdik. Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olaraq aramıza qatılmışdı. Macarıstanın qurumda müşahidəçi status alması və bu ölkədə Şuranın ofisinin açılması Avropanın içində də Türk Şurasının bir mərkəzinin olması deməkdir”, deyə Ərdoğan vurğulayıb.

Prezident əlavə edib ki, Türk Şurasının 8- ci Zirvə görüşü Türkiyənin ev sahibliyi ilə keçiriləcək.

aia.az
Geri dön