Ana Sayfa > Manşet / Gündəm > Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi
Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi16-10-2019, 12:45. Yazar: sevinc1 |
![]() Səbail rayon Məhkəməsində orta məktəb şagirdi Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı sabiq məktəb direktoruna ev dustaqlığı müddəti nəzərə alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib. S.Abbasova isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Proses oktyabrın 18-ə təyin edilib. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. aia.az Geri dön |