Ana Sayfa > Siyasət > Türk Şurasının Bakı sammiti türk dünyası ölkələrinin iqtisadi inteqrasiyasına kömək edir -
Türk Şurasının Bakı sammiti türk dünyası ölkələrinin iqtisadi inteqrasiyasına kömək edir -16-10-2019, 08:17. Yazar: sevinc1 |
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən 7-ci sammiti çərçivəsində görülən işlər türk dünyasının siyasət və iqtisadiyyatının inteqrasiyasına kömək edir. Bunu Trend-ə türkiyəli ekspert Murad Akan deyib. O bildirib ki, Bakı sammitinin iştirakçıları Türkiyənin "Sülh çeşməsi" əməliyyatına böyük önəm verir. Ekspertin sözlərinə görə, türk dünyası ölkələri arasında münasibətlərin möhkəmlənməsi baxımından son 10-15 il ərzində ciddi addımlar atılıb: "Bu sammit türkdilli ölkələrin münasibətlərinin möhkəmlənməsində vacib rol oynayacaq, artıq türk xalqlarının vahidliyini bütün dünyaya göstərmək vaxtı çatıb". Ekspert əlavə edib ki, Bakıdakı görüş təkcə siyasi deyil, həm də iqtisadi ittifaqların iclasıdır. M.Akan ümidvar olduğunu bildirib ki, sammit çərçivəsində türk xalqlarının vahid müdafiə ordusunun təşkil olunması barədə məsələ qaldırıla bilər: "Bildiyiniz kimi, Türkiyənin sabiq prezidenti Turqut Özal türk xalqlarının münasibətlərinin möhkəmlənməsi işində böyük işlər görmüşdü. Ümid edirəm ki, indiki prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə daha böyük önəm verəcək". Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilib. Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə baş tutub. İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edib. Ötən gün isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib. Azərbaycanın Türk Şurasına sədrliyi dövründə, iqtisadi əlaqələrin inkişafı və Türk Dünyasının mədəni irsinin təbliği prioritet sahələr olacaq. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, mədəni, sosial və iqtisadi sahələrdə xalqlar və dövlətlər arasında əməkdaşlığın inkişafı, siyasi inteqrasiyanın reallaşması üçün mühüm təməllər hesab edilir: "Bu çərçivədə, yeni gənc nəsillər arasında kollektiv milli kimlik şüuru-nun formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Respublikasının 1-ci prezidenti və Türk Şurasının Fəxri sədri elan edilən Nursultan Nazarbayev ölkə prezidenti ilə görüşündə, "artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır" deməsi milli kimlik məsələsinin bir üst səviyyəyə qalxdığını göstərir. Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edilən Türkdilli dövlətlər arasında əməkdaşlıq, üzv dövlətləri, aid olduqları regionda və dünya siyasi arenasında daha müstəqil oyunçuya çevirir. Regional təhdidlər və yeni çağırışlar fonunda yaxın gələcəkdə təşkilat daxilində siyasi inteqrasiyanın güclənməsi, ölkələrin beynəlxalq münasibətlər sistemində manevr qabiliyyətlərinin artmasına gətirib çıxaracaq". Bakıda Türk Şurasının sammiti türkdilli ölkələr arasındakı əməkdaşlıqda yeni imkanlar yaradacaq. Bunu isə Trend-ə Türkiyənin "Bölgepostası" qəzetinin baş redaktoru Ufuk Coşkun bildirib. U.Coşkunun sözlərinə görə, türkdilli ölkələr tərəfindən yaradılmış ittifaq hər gün daha da inkişaf edəcək və getdikcə daha çox sahələri əhatə edəcək, həmçinin, regionda sabitliyin təmin olunması işində vacib rol oynayacaq: "Əks halda, Türk - İslam dünyası həmişə xaricdən təhdidlərə məruz qalacaq". Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib. Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin yeddi iclası baş tutub. aia.az Geri dön |