Ana Sayfa > Gündəm > Xidmətdə fərqlənmiş sərhədçilər təltif olundu
Xidmətdə fərqlənmiş sərhədçilər təltif olundu15-10-2019, 15:03. Yazar: sevinc1 |
![]() Dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilər təltif olunub. Dövlət Sərhəd Xidmətindən (DSX) aia.az -a verilən məlumata görə, dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif ediliblər. Medalları DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhədçilərə təqdim edib. aia.az Geri dön |