Ana Sayfa > Manşet / Gündəm > “Məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər” -

“Məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər” -


15-10-2019, 11:45. Yazar: sevinc1
“Məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər” -


“Dünyanın aparıcı dövlətləri Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə, qarşı tərəfi sülhə dəvət etməsinə qiymət verməlidir. Onlar ədalətli yanaşmalarını ortaya qoymalıdırlar, yoxsa Azərbaycan Silahlı Qüvvələri hər an hazırdır ki, antiterror əməliyyatı həyata keçirərək ərazi bütövlüyümüzü təmin etsin. Prezidentin qətiyyətli mövqeyi hər birimiz üçün çox vacibdir”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

“Məcburi köçkünlərin vəziyyətinin yüksək səviyyədə olmasını deyə bilmərəm. Mənfi şəraitdə yaşayan məcburi köçkünlərin sayı kifayət qədərdir. Prezidetimizin qarşımızda qoyduğu tapşırıqların həyata keçməsilə hər zaman maraqlıyıq ki, məcburi köçkünlər daha yaxşı həyat sürə bilsinlər. Məcburi köçkünlər ilk növbədə öz torpaqlarına qayıtmaq istəyirlər”, - deyə R.Rzayev qeyd edib.
Geri dön