Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Dövlət Neft Fondu bir aya 450 milyon dollar qazandı

Dövlət Neft Fondu bir aya 450 milyon dollar qazandı


3-02-2016, 16:03. Yazar: admin
Dövlət Neft Fondu bir aya 450 milyon dollar qazandı
SOFAZ məlumat yaydı.

Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) bu ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 446 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Məlumata görə, bu məbləğin 442 mln. dolları AÇG-dən mənfəət nefti, 4 mln. dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il fevralın 1-dək ARDNF-ə AÇG-dən 117,5 mlrd. dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2,5 mlrd. dollar vəsait daxil olub.
Geri dön