Ana Sayfa > Şou-biznes / Seçilənlər-3 / Manşet / Karusel > İrəvanda kütləvi həbslər (VİDEO, FOTO)
İrəvanda kütləvi həbslər (VİDEO, FOTO)6-07-2015, 17:57. Yazar: admin |
“Talana yox” oturaq aksiyasının dağıdılması zorakılıqlara səbəb olub. İrəvanda Ermənistan prezidentinin iqamətgahı yerləşən Baqramayan prospektində keçirilən “Talana yox” oturaq aksiyasının dağıdılması zamanı 46 nəfər həbs olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat yayılıb. Məlumata görə, qandallanmış məhbuslar polis bölməsinə gətiriliblər. Tutulan 46 nəfərdən 6-sı həddi-buluğa çatmayıb. Buna görə də dərhal evə buraxılıblar. Günorta saatlarında Ermənistan polisi İrəvanda elektrik enerjisi tariflərinin artmasına qarşı 14 gün davam edən “Talana yox” turaq aksiyasını zorla dağıtmağa başladı. Aksiyanın keçirildiyi Baqramyan prospektinə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan, İrəvan şəhər polisinin rəis müavini Valeri Osipyan gəldi. Onlar nümayişçilərdən prospektdə yolu açmağı və zibil qutularını yığışdırmağı tələb etdilər. Baqramyan prospektinə yüzə yaxın xüsusi təyinatlı gətirildi. İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü səhər erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıdılıb. Etirazçılara qarşı su şırnağı tətbiq edilib, onları döyüblər və paltarlarını soyundurublar. Nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Amma buna baxmayaraq həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. Ermənistan Tarif Şurası iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi. Geri dön |