Ana Sayfa > Cəmiyyət > DİN Heydər Əliyev prospektində qadın piyadanın vurulması bağlı məlumat yayıb

DİN Heydər Əliyev prospektində qadın piyadanın vurulması bağlı məlumat yayıb


11-10-2019, 17:09. Yazar: sevinc1
DİN Heydər Əliyev prospektində qadın piyadanın vurulması bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) Sabunçu rayonunun Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən aia.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 9 radələrində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


aia.az
Geri dön