Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > 20 min manat oğurlayan şəxs: Dincəldik – VİDEO
20 min manat oğurlayan şəxs: Dincəldik – VİDEO3-02-2016, 15:42. Yazar: admin |
“Özümüzə paltar-zad aldıq”. Naxçıvanlı gənclər Göygöldə marketdən külli miqdarda pul oğurlayıblar. Aia.az Region TV-yə istinadən xəbər verir ki, həmin şəxslər marketdən 16 min manatdan çox nağd pul, 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər. Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar, seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb. Maarif Məmmədov - mağaza sahibi: “Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nağd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi”. Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan vətəndaşları - 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıblar. İlqar Əhədov- baş müstəntiq: “Qabaqcadan əlbir olub qrup yaradaraq, özləri ilə götürdükləri dəmir parçası ilə birlikdə marketə daxil olublar. Oradakı seyfdə olan 20 min manata yaxın nağd pulu, danışıq kartlarını götürüblər”. Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət edən dostlar yenidən ölkəyə qayıdıblar. Sultan Sultanlı - saxlanılan şəxs: “Dam örtüyünə çıxıb, içəri daxil olduq. Pəncərədən içəri daxil olduq. Kompüterlər olan masanın altında əldədüzəlmə kassa var idi. Onu dəmir parçası ilə açdıq. Orada 10 min manat dəyərində pul və konturlar var idi, onları götürdük”. Asim İsmayılov - saxlanılan şəxs: “Əlimizdə dəmir parçası ilə içəri daxil olmuşduq. Oradan çıxandan sonra isə Gürcüstana getdik, özümüzə paltar-zad aldıq, dincəldik ”. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır. Geri dön |