Ana Sayfa > Ölkə > Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib

Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib


11-10-2019, 08:00. Yazar: sevinc1
Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib


2018-ci ildə Azərbaycan ərazisində 3166,8 hektar sahədə soya bitkisi əkilib.

Trend-in əldə etdiyi məlumata görə, il ərzində soya bitkisi ən çox Ağcəbədi rayonunda əkilib. Rayon ərazisində 2 min 113 hektar ərazidə soya bitkisi yetişdirilib.

Ötən il, həmçinin, Beyləqan rayonunda 863 hektar sahədə soya bitkisi əkilib.

Bundan başqa, Kürdəmir, Hacıqabul, Oğuz, Qax, Zaqatala, Tərtər, Samux və Şabran rayonlarında da soya əkini aparılıb.

aia.az
Geri dön