Ana Sayfa > Parlament / Aia TV / Karusel > 3 polisin bıçaqlandığı kafe əxlaqsızlıq yuvasıdır – FOTO
3 polisin bıçaqlandığı kafe əxlaqsızlıq yuvasıdır – FOTO3-02-2016, 15:41. Yazar: admin |
Fevralın 2-də 3 polis əməkdaşının bıçaqlanması ilə nəticələnən davanın baş verdiyi “Emin” kafe uzun illərdir əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Sabunçu rayonunda əxlaqsızlıq yuvası kimi ad çıxaran bu kafenin hansı məqsədlərlə fəaliyyət göstərdiyini kafe haqda az da olsa məlumatı olan hər kəs bilir. Polis əməkdaşlarının bıçaqlanması ilə nəticələnən dava da bu kafedə baş verən yüzlərlə insidentdən biridir. Hər gün onlarla yüngül əxlaqlı qadınların toplaşdığı bu kafedə tez-tez davalar baş verir. Kafenin yanından məhəllə yolu keçir. Alternativi olmayan, məcburən bu yoldan istifadə edən sakinlər dəfələrlə kafedəki vəziyyətlə bağlı narazılıqlarını bildiriblər. Bir neçə dəfə də kafe işçiləri, həmçinin sərxoş halda kafenin qarşısında söyüş söyən müştərilərlə ətrafda yaşan sakinlər arasında dava olub. Aia.az bildirir ki, musavat.com-un əməkdaşı fevralın 2-də, axşam saatlarında insidentin baş verdiyi kafedə olub. İlk müşahidəmiz belə oldu ki, həqiqətən də kafe əvvəllər necə ad çıxarıbsa, eyni qayda da fəaliyyətini davam etdirir. Yanımızda olan və bizə yoldaşlıq edən şəxs 20 ildir bu kafenin yerləşdiyi məhəllədə yaşayır. Və o, bu illər ərzində gördüklərini bizə danışır: “Gecə saat 3-4 radələrinə qədər kafedə musiqi davam edir. Gecələr “işləyən” qadınlar günorta saatlarında “Mitsubishi” markalı maşınla işə gəlirlər. İş əsasən günortadan sonra başlayır. Kafe məhz buna görə müştəri cəlb edə bilir. Kafeyə gələnlər buradan qadınları seçirlər və kafenin qarşısındakı taksilərə minib gedirlər. Onların əksəriyyətinin öz evi var”. Söhbətimiz davam edərkən musiqi səsi yüksəlməyə başlayır. Bu vaxt həmsöhbətimiz davam edir: “Səhərə qədər musiqi olur. Kafeyə gələn müştərilər yeyib-içirlər. Bir də baxırsan ki, dava düşdü. Davalar əsasən kafedəki qadınlara görə başlayır”. Saat 23 radələrində müştəri qıtlığını müşahidə edirik. Kafenin bütün fəaliyyətinə, iş qrafikinə bələd olan həmsöhbətimiz bunu belə izah edir: “Qadınlar saat 7-8-dən burda olur. Müştərilər gəlir-gedir. Bir də axşam saat 1-2-də qayıdırlar. Burada rayonlardan gələn 18 yaşı tamam olmamış gənc qızlar da var”. Maraqlı olan budur ki, kafedə saysız-hesabsız davalar, bıçaqlanma hadisələri olsa da heç bir ciddi tədbir görülmür. “Sakinlər dəflərlə polisə şikayət edib, vəziyyətin necə olduğunu deyib. Kafenin qarşısından qadın, uşaq, yaşlılar keçir. Bütün günü burada biabırçılıqdır. Neçə dəfə buna görə sakinlərlə kafe işçiləri arasında davalar, mübahisələr olub. Amma elə bil ki, bura heç kim bata bilmir”,- deyə həmsöhbətimiz qeyd edir. Söhbətin davamında isə sonuncu baş verən hadisəni xatırladan həmsöhbətimiz deyir ki, buna baxmayaraq kafe eyni qaydada işləyir. Kafedə olduğumuz müddətdə masalardan birində əyləşən qadın müştərilərlə dialoqa girir, qiymət məsələsində razılaşa bilmir. Söhbət bir az uzun çəksə də sonda razılaşma olur və gələn müştərilərdən biri həmin qadınla kafeni tərk edir. Onu da öyrənə bilirk ki, kafeni özünə iş yeri kimi görən yüngül əxlaqlı qadınlar buna görə kafeyə müəyyən məbləğdə pul da ödəyirlər. Kafenin sahibin Nəriman adlı şəxs olduğu deyilir. Xatırladaq ki, kafedə bıçaqlanan polislərdən biri, kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur. Hadisə isə İlham Məmmədov adlı şəxsin Daxili İşlər Nazirliyinin “102” “qaynar xətti”nə zəng edərək adı çəkilən kafenin əməkdaşlarının ona bıçaqla hücum çəkdikləri barədə məlumat verməsindən sonra baş vermişdi. Hadisə yerinə gələn polis əməkdaşları davaya səbəb olan şəxsləri saxlamaq istəyərkən bıçaqlanmışdı. Hadisəni törədən Beyləqan rayon sakinləri – 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov saxlanılıblar. 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən polsilərin vəziyyəti yaxşıdır. Xəstəxanadan musavat.com-a verilən məlumata görə polis əməkdaşları yüngül bıçaq xəsarətləri alıblar. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Geri dön |