Ana Sayfa > Manşet / Siyasət > Əli Əhmədov:
Əli Əhmədov:10-10-2019, 14:51. Yazar: sevinc1 |
Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır. Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskusiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida" bəyanatı ölkədə milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır. YAP rəsmisi qeyd edib ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvanlara çox ciddi mesajlar göndərib: "Bunun birincisi Ermənistan cəmiyyəti və rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin bizama salınması ilə əlaqədar vasitəçilik missiyasını öz üzərinə götürüblər. Bu mesajın digər ünvanı Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülür". Ə.Əhmədov hesab edir ki, münaqişənin həlli ilə bağlı hazırkı danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: "Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidirlər". aia.az Geri dön |