Ana Sayfa > Karusel / Gündəm > "Milli Şura piket adı altında təxribat törətdi" -

"Milli Şura piket adı altında təxribat törətdi" -


10-10-2019, 12:54. Yazar: sevinc1
"Milli Şura piket adı altında təxribat törətdi" -


“Milli Şuranın keçirdiyi aksiya piket adı altında törədilən təxribat idi. Bu hadisə həmin radikal qrupların niyyətinin doğru olmadığını göstərdi, eyni zamanda onlar qanunlara əməl etmədiklərini nümayiş etdirdilər”

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

YAP rəsmisi qeyd edib ki, Milli Şura piket adı altında təxribat törədib: “Piketə icazə verilib, gəl normal piketini keçir. Sən piketə icazə alıb, orada təxribat törədirsənsə, deməli, qanunlara əməl etmirsən. Qanunlara əməl etməyən qrupların bu cür hərəkətləri əlbəttə, onların üzərində qalır. Piketə icazə verilib. Amma onlar çağırış etmişdilər və müxtəlif qruplar vasitəsilə qarışıqlıq yaratmaq istəyirdilər. İstədiklərinə nail ola bilmədilər”.

aia.az
Geri dön