Ana Sayfa > Parlament > Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açıldı
Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açıldı10-10-2019, 12:41. Yazar: sevinc1 |
Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində baş verib. Quba rayonu istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 263-3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. aia.az Geri dön |