Ana Sayfa > Siyasət > Nazir:

Nazir:


9-10-2019, 18:48. Yazar: sevinc1
Nazir:


Qazaxıstan hələlik “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.

Nazir bildirib ki, “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” yataqlarında hasilatın artırılacaq:

“2022-2023-cü illərdə biz “Tengiz” yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq”.

O əlavə edib ki, Qazaxıstanın digər yataqlarından neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli ildə 3-4 milyon tonadək çata bilər.

aia.az
Geri dön