Ana Sayfa > Gündəm / Manşet / Karusel > Müstəqim Məmmədovla deputat arasında pul davası

Müstəqim Məmmədovla deputat arasında pul davası


3-02-2016, 15:32. Yazar: admin
Müstəqim Məmmədovla deputat arasında pul davası
Tərtərin icra başçısı əmisi oğlundan seçkiyə xərclədiyi pulları geri istəyir

Tərtərin icra başçısı Müstəqim Məmmədovla deputat İlham Məmmədov arasında pul davası gedir. Bu barədə JAM.AZ-a rayondakı mənbələr məlumat veriblər.

Məlumata görə, icra başçısı ilə deputat arasındakı pul «razborka»sının tarixi son parlament seçkiləri dövrünə gedib çıxır. Belə ki, 48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədovun bütün seçki kampaniyasının xərcini Müstəqim Məmmədov çəkibmiş.

JAM.AZ-a verilən məlumatda deyilir ki, Tərtərin icra başçısı əmisi oğlu olan deputatdan seçkiyə xərclədiyi pulları geri istəyir. Əmioğlu isə həmin pulu verməkdən imtina edir. Və mübahisə də bu zəmində xeyli böyüyüb. İddialara görə, seçkiyə xərclənən pulun məbləği təqribən 250 min manata yaxındır.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Geri dön