Ana Sayfa > İqtisadiyyat > Nazir:

Nazir:


9-10-2019, 12:46. Yazar: sevinc1
Nazir:


“SOCAR Trading” şirkəti 2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən 1,6 milyon ton Qazaxıstan nefti nəql edib.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, bütün 2018-ci il ərzində bu göstərici 1,5 milyon ton təşkil etmişdi.

P.Şahbazov əlavə edib ki, Qazaxıstanın “KazTransQaz” şirkəti Azərbaycan ərazisindən mayeləşdirilmiş təbii qazın tranzitində maraqlıdır.

Onun sözlərinə görə, ayda 10-15 min ton mayeləşdirilmiş təbii qaz tədarük etmək imkanı var və indi tariflərin optimallaşdırılması üzrə iş gedir.

aia.az
Geri dön