Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > DİN hospitalının həkimi tibb bacısının ölümünə görə işdən çıxarıldı

DİN hospitalının həkimi tibb bacısının ölümünə görə işdən çıxarıldı


9-10-2019, 12:20. Yazar: sevinc1
DİN hospitalının həkimi tibb bacısının ölümünə görə işdən çıxarıldı


Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.

aia.az Unikal.org-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.


aia.az


Geri dön