Ana Sayfa > Karusel / Cəmiyyət > Qayınata və qayınana gəlini döyüb xəstəxanalıq etdi -

Qayınata və qayınana gəlini döyüb xəstəxanalıq etdi -


9-10-2019, 11:22. Yazar: sevinc1
Qayınata və qayınana gəlini döyüb xəstəxanalıq etdi -


Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

A.Abdullayevanın yaxınları onun gülüş doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib.

Hadisə ilə əlaqədar polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

aia.az
Geri dön