Ana Sayfa > Parlament > Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı
Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı9-10-2019, 10:00. Yazar: sevinc1 |
Gəncədə maşinist keçmiş həyat yoldaşını bıçaqlayıb. Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri Bayan küçəsində baş verib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. M.Sirati hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. aia.az Geri dön |