Ana Sayfa > Parlament / Aia TV / Karusel > Ağdaşdakı dəhşətli yol qəzası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb - FOTO

Ağdaşdakı dəhşətli yol qəzası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb - FOTO


3-02-2016, 15:10. Yazar: admin



Artıq məlumat vermişdik ki, 29 yanvar 2016-cı il tarixdə Ağdaş rayonu ərazisində 5 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bildirilirdi ki, hadisədə qəzaya uğrayan avtomobillərdən biri Ağdaşdakı nişan mərasimindən qayıdırmış və nəticədə ölənlərdən biri də nişanlanmış bəy olub.

Qeyd edək ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi həmin hadisə ilə bağlı belə bir rəsmi məlumat yaymışdı: "29 yanvar 2016-cı il tarixdə saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 261-ci kilometrliyində 1986-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Mustafayev İlham Taryel oğlunun Yevlax rayonu istiqamətində idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan "Dodge" markalı avtomobil Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Şıxalizadə Nicat Akif oğlunun Ağdaş rayonu istiqamətində idarə etdiyi "VAZ-2121" markalı, 99-FP-304 dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə Ağdaş rayon sakini 1954-cü il təvəllüdlü Hüseynov Əyyub Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21154" markalı, 90-EM-315 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "Dodge" markalı avtomobildə olan sərnişin, Mingəçevir şəhər sakini, 1966-cı il təvəllüdlü Mustafayeva Fərqanə Əmrah qızı, "VAZ-21154" markalı avtomobilin sürücüsü Hüseynov Əyyub Məhəmməd oğlu və onun sərnişinləri, Ağdaş rayon sakinləri 1959-cu il təvəllüdlü Hacıyev Məmmədirşad Məhəmmədiyyə oğlu, 1961-ci il təvəllüdlü Hacıyeva Liman Tofiq qızı və 2003-cü il təvəllüdlü Şirinova Elmira İslam qızı hadisə yerində ölüblər, "Dodge" markalı avtomobilin sürücüsü və onun digər sərnişinləri, Mingəçevir şəhər sakinləri 1986-cı il təvəllüdlü Orucov Zaur Eldar oğlu, 1962-ci il təvəllüdlü Orucova Sevinc Oruc qızı, 1987-ci il təvəllüdlü Mustafayeva Nigar Eldar qızı, 2009-cu il təvəllüdlü Mustafayeva Fərqanə İlham qızı, habelə "VAZ-2121" markalı avtomobilin sürücüsü və onun sərnişini, Göyçay rayon sakini Şıxalizadə Gülnar İlqar qızı xəsarət alaraq Mingəçevir şəhər və Göyçay rayon xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır".

Lakin məsələdə adı çəkilən "Dodge"nin sürücüsü İlham Mustafayevin atası Tariyel Mustafayev Milli.Az-a bildirib ki, hadisə heç də qeyd edilən kimi olmayıb və düzgün qələmə verilmir: "Belə ki, həmin gün Ağdaşın Şəmsabad kəndində nişan mərasimindən qayıdan "Dodge" markalı avtomobil saat 18:50-də yolda əks istiqamətdə hərəkət edən "Niva" (VAZ-2121) ilə toqquşub. Lakin bu zaman heç kim nə ölüb, nə də xəsarət alıb. Sadəcə maşınlara bir az ziyan dəyib. Həmin vaxt birinci qəzadan sonra avtomobillərin vəziyyətinin necə olduğunu göndərdiyimiz şəkillərdən də görmək olar. Lakin bundan sonra yüksək sürətlə hərəkətdə olan "VAZ-015" maşını (VAZ-21154) gəlib onların hər ikisinə çırpılıb. Bütün ölüm və xəsarət halları da bundan sonra baş verib. "015"-in hansı sürətlə gəldiyini şəkildəki spidometrdən də bilmək olar. Şəkildən görünür ki, həmin vaxt maşın ən azı saatda 160 km sürətlə hərəkət edib".

T.Mustafayevin sözlərinə görə, qəza zamanı çağırılan təcili tibbi yardım maşınları da hadisə yerinə gec, təxminən 40 dəqiqəyə gəlib çatıb. Əgər vaxtında çatsaydılar, bəlkə də hələ xəstəxanaya çatdırılanda hələ sağ olan həyat yoldaşı Fərqanə Mustafayevanı xilas etmək olardı.

O qeyd edib ki, hazırda ailə üzvləri də daxil olmaqla 4 nəfər qohumu xəstəxanadadır və vəziyyətləri də ağırdır.
Geri dön