Ana Sayfa > Karusel / Ölkə > Bu gün ən güclü külək Sumqayıtda əsib

Bu gün ən güclü külək Sumqayıtda əsib


7-10-2019, 17:27. Yazar: sevinc1
Bu gün ən güclü külək Sumqayıtda əsib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan məlumatına görə şimal-qərb küləyinin sürəti Sumqayıtda saniyədə 34 metr olub.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlunata görə, Bakıda küləyin sürəti 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.


aia.az
Geri dön