Ana Sayfa > Dünya > Ərdoğan Trampla “F-35”in tədarükünü müzakirə edəcək

Ərdoğan Trampla “F-35”in tədarükünü müzakirə edəcək


7-10-2019, 16:13. Yazar: sevinc1
Ərdoğan Trampla “F-35”in tədarükünü müzakirə edəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il noyabrın əvvəlində ABŞ-a səfər edəcək.


Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla "F-35" qırıcılarının tədarükü məsələsini müzakirə etmək niyyətindədir:

"Çox güman ki, gələn ayın ilk yarısında Vaşinqtona səfər edəcəyəm. Həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirəcəyik. Bizim bir çox məsələləri və problemləri dərindən və hərtərəfli müzakirə etmək imkanımız olacaq. "F-35"in tədarükü mövzulardan biridir. Bu, uzun prosesdir və davam edir. Razılaşma çərçivəsində lazım olan hər şeyi ödəyirik. Qeyd edilən mövzunu hərtərəfli müzakirə edəcəyik".


aia.az
Geri dön