Ana Sayfa > Cəmiyyət > Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı

Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı


7-10-2019, 12:01. Yazar: sevinc1
Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı


Bakıda itkin düşən ana və azyaşlı övladı tapılıb.

Trend-in məlumatına görə, Nizami rayonu, rayonun N.Abdullayev küçəsi, ev 14-də yaşayan Həsənov Radil Qənbər oğlu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənova Məleykə Adil qızı və azyaşlı qızı Həsənova Gülay Radil qızı oktyabrın 5-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənova və azyaşlı qızı tapılaraq ailəsinə təhvil verilib.


aia.az
Geri dön