Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi

Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi


4-10-2019, 18:11. Yazar: sevinc1
Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi


Səhiyyə Nazirliyi bu gün bir qrup tələbənin nazirliyin önündə keçirdiyi etiraza münasibət bildirib.
Nazirlikdən aia.az -a verilən məlumata görə, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:

"Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".

aia.az
Geri dön