Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Rusiyaya türk malı keçirən azərbaycanlı tutuldu
Rusiyaya türk malı keçirən azərbaycanlı tutuldu2-02-2016, 16:18. Yazar: admin |
Rusiyada, Türkiyədən qaçaqmalçılıq yolu ilə külli miqdarda parça gətirən Azərbaycan vətəndaşı tutulub. ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşı Soçi Beynəlxalq Hava Limanında gömrük baxışı zamanı saxlanılıb. Gömrük baxışı zamanı "İstanbul-Soçi" reysi ilə gələn sərnişinin Rusiya ərazisinə qanunsuz parça keçirmək istədiyi məlum olub. Baxış keçirilən yüklərdə 1154 növ müxtəlif parça nümunəsi aşkar edilib. Saxlanan azərbaycanlı parçaları toxuculuq sərgisində nümayiş etdirmək üçün apardığını bildirib. Aşkar edilən nümunələr gömrük əməkdaşlarında şübhə yaradıb və parçalar başqasının əmtəə nişanından qanunsuz istifadə şübhəsi ilə ekspertizaya göndərilib. Nəticədə 954 növ parçanını üzərində göstərilən işarələrin "Garden" əmtəə nişanı ilə eyni olduğu müəyyən edilib. Bununla da malın qaçaqmal olduğu ortaya çıxıb və ona həbs qoyulub. Soçinin Gömrük İdarəsinin məlumatına görə, saxlanan Azərbaycan vətəndaşına qarşı Cinayət Məcəlləsinin 3 bəndi üzrə- mal haqqında bəyanat verməmək, başqasının əmtəə nişanından qanunsuz istifadə etmək və müəyyən edilən qadağa və məhdudiyyətlərə əməl etməmək - cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Geri dön |