Ana Sayfa > Cəmiyyət > "Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən

"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən


3-10-2019, 11:22. Yazar: sevinc1
"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən


Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.

Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

aia.az
Geri dön