Ana Sayfa > Karusel / Gündəm > Daxili İşlər naziri vətəndaşları qəbul edəcək
Daxili İşlər naziri vətəndaşları qəbul edəcək2-10-2019, 14:22. Yazar: sevinc1 |
![]() Oktyabrın 27-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. aia.az Geri dön |