Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Moskva İsrailə söz verdi

Moskva İsrailə söz verdi


2-02-2016, 15:52. Yazar: admin



İsrailin Rusiyadakı səfiri Çvi Xeyfvts Knesset qarşısında hesabatla çıxış edib.

Aia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Xeyvets Moskvanın "Hizbullah"a silah satmayacağına dair təminat verdiyini bildirib. Bundan başqa diplomat iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini xəbər verib.

İsrail qəzeti "The Daily Beast"in Rusiyanın "Hizbullah"a ağır silahlar, uzaq mənzilli taktiki raketlər və tank əleyhinə silahlar satmasına dair dərc etdiyi faktlar isə səfir tərəfindən rədd edilib.

Onun sözlərinə görə, Rusiyanın apardığı daxili araşdırma şiə təşkilatına heç bir silah yardımının edilmədiyini göstərib.

Çvi Xeyvets Ukrayna və Rusiya arasındakı konfliktdə orta mövqe tutuduqlarını və bunun hər iki ölkədə yaşayan yəhudilərin həyatını təhlükəyə salmamaq üçün edildiyini bildirib.
Geri dön